Ən bahalı at yarışları keçiriləcək

Ən bahalı at yarışları keçiriləcək
22:22 9 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında ən bahalı at yarışları keçiriləcək. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tarixdə ən çox pul ayrılacaq bu turnirin mükafat fondu 20 milyon dollar olacaq. Səudiyyə Kuboku uğrunda at yarışları əvvəllər ən çox maliyyə vəsaiti ayrılan Peqasus Dünya Kuboku (16 milyon dollar) və Dubay Dünya Kubokunu (12 milyon dollar) geridə qoyacaq.

Qeyd olunur ki, yarışlara giriş pulsuz olacaq və 14 jokeyin iştirak edəcəyi turnirin qalibi 10 milyon dollar mükafat alacaq. İkinci yer üçün 3,5 milyon dollar priz nəzərdə tutulub. Səudiyyə Kuboku at yarışları 2020-ci il fevralın 29-da Ər-Riyaddakı Kral Əbdüləziz ippodromunda keçiriləcək və hər biri 1,800 metr olmaqla doqquz mərhələdən ibarət olacaq.

Krallığın şahzadəsi Bəndər bin Xalid Al Faysal Nyu-Yorkda keçirilən tədbirdə qeyd edib ki, onun ölkəsi at yarışları üzrə bütün dünyada liderliyi ələ almaq iddiasındadır. "Biz dünyanın ən yaxşı jokeylərini, habelə atçılıq idmanı ilə məşğul olan kişiləri və xanımları, media nümayəndələrini 2020-ci ildə keçiriləcək bu möhtəşəm tədbirdə iştirak etməyə dəvət edirik", -deyə şahzadə vurğulayıb.

Səudiyyə Ərəbistanının idman rəsmiləri 2021-ci ildə ölkədə Formula 1 Qran-Prisinin də keçiriləcəyini bəyan ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR