Vərəmi müalicə edir, mədə, qan azlığına faydalıdır - KIMIZ, MÖCÜZƏVİ İÇKİ

Vərəmi müalicə edir, mədə, qan azlığına faydalıdır - KIMIZ, MÖCÜZƏVİ İÇKİ
23:17 9 Avqust 2019
76 Ölkə
Ölkə mətbuatı
A- A+

At ətindən müxtəlif qidaların hazırlanmasında istifadə edilir. Bişirilmək üçün əsasən 2-3 yaşlı atların ətindən istifadə edilir. Ən dadlı və tərkibi yaxşı olan at əti isə bir yaşına qədər olan atların əti hesab edilir. At ətindən ən çox monqollar və Orta Asiya ölkələrinin əhalisi istifadə edir. At ətindən ən dadlı delikateslərin hazırlanmasında geniş istifadə edilir.

Milli.Az medicina.az-a istinadən maraqlı məlumatları təqdim edir.

100 qram at ətinin qida dəyəri:
 
- Zülallar - 19,56 qr
- Yağlar - 9,9 qr
- Su - 69, 5 qr
- Kalori - 187 kKal.

At ətinin faydalı xüsusiyyətləri

At ətinin tərkibində zülallar, müxtəlif yağlar, kalium, natrim, fosfor, dəmir, maqnium, amin turşular, tiamin, riboflavin, nikotinamid, B, A, PP, E vitaminləri var. Bəzi mütəxəsssislər at ətinin soyuq halda yeməyin daha faydalı olduğunu söyləyirlər. Onların fikrinə görə bişirilmiş at ətini yenidən istdikdə onun tərkibində olan faydalı maddələr öz keyfiyyətini itirirlər. Asiya ölkələrinin demək olar ki, hamısında at ətindən qida vasitəsi kimi istifadə edilir. 

At ətinin zərərli xüsusiyyətləri

Həddindən çox at ətindən istifadə eləmək ürək-damar, sümük və həzm sistemi xəstəliklərinin baş verməsinə səbəb ola bilir.

At südündən hazırlanan məhsulların tərkibində insan orqanizmi üçün lazım olan vitamin və minerallar var. Kımız madyan südündən hazırlanır. Bir çox hallarda kımızdan tək içki kimi yox, eyni zamanda dərman kimi də istifadə edirlər.

Kımız dəridən düzəldilmiş "çölpü və "ucav" adı verilən xüsusi qablarda içilirmiş. İlk dəfə içənlər ona bəlli olmayan bir dad alır. Bu dad yüngül spirt qoxusuna bənzəyir. Bir neçə dəfə içildikdən sonra dadından doymaq olmur və damaqda xoş bir tam buraxır.
 
Kımızın faydası
 
Kımızın faydalı və şəfalı bir içki olduğu qədim zamanlardan bəri bilinməkdədir. Rusiyanın bəzi bölgələrində, xüsusilə də ağciyər xəstəliklərinin müalicəsində kımızdan istifadə edilirmiş. Kımız vərəmin müalicəsində də tətbiq edilib. Bu içki təkcə vərəm xəstəliyinin müalicəsinə yox, mədə, qan azlığı və başqa xəstəliklər üçün də faydalıdır. Halsızlığı aradan qaldırır, güc verir. Xəstəlik səbəbindən gücdən düşən insanların güclərini bərpa etmə zamanı kımızdan istifadə etdiklərini söyləyirlər. Kımızı dərman olaraq istifadə edənlərin hər gün 0,5 - 2 litr içmələri təklif edilir. Yemək arasında içmək daha doğru olar. Ya da yeməkdən 1,5 - 2 saat əvvəl içilməsi məsləhət görülür. Hər qəbul edildiyində, bədənin tələbatına uyğun olaraq bir iki stəkan, bəzən üç stəkan içilməsi yaxşı olar. Aparılan araşdırmalar, xəstənin bir iki stəkan kımız içdikdən sonra iştahının açıldığını göstərmişdir. Kımızdakı maddələr toplusu ilə az miqdardakı spirt, həzmi asanlaşdırır və mədənin normal işləməsini təmin edir.
 
Kımızla müalicə...
 
Mütəxəssislərin bildirdiyinə görə, standart kımızın turşuluq dərəcəsi 60 və ya 80 dərəcə arasındadır; orta kımız 80-100 dərəcə, güclü kımız isə 100-120 dərəcə turşluqdadır. Bir litr kımızda 22 qram belok, 17 qram yağ, 39,6 qram süd şəkəri, 20 qram da spirt vardır. Bunların verəcəyi kalori 530-dur. Kımızın içində müxtəlif minerallar da vardır. Xüsusilə kalsium və fosfor yüksək nisbətdədir. Vitaminlərdən A, B və C vitaminlərinin bol olduğunu görərik. Kımızdakı spirt nisbəti yüzdə 1,2-dir ki, bu da bir çox meyvədəki spirt nisbətindən daha aşağıdır. 
 
Madyan südündə olan şəkər; süd turşusu, spirt və karbona ayrılır. Bunlar həzm orqanlarının tüpürcəkli təbəqələrinə və həzm prosesinə müsbət təsir edir. Kımızda olan süd turşusu, bədənimizi zəhərləyərən bağırsaqda olan mikrobların təmizlənməsinə səbəb olur.Həkimlərin qənaətincə kımız xüsusilə bu xəstəliklərdə yaxşı nəticə verir: yorğunluq, iştahsızlıq, həzmsizlik, şiddətli bronxit və sairə kimi xəstəliklərdə müsbət təsir edir. Vərəm olan xəstədə öskürək seyrəkləşir, bəlğəm azalır, hərarət düşür, gecə tərləməsi olmur, iştah açılır, bədənə güc gəlir. Xüsusən də, kımızın ağır işlərdəçalışanlar tərəfindən istifadə edilməsi həm sağlamlıqlarının qorunmasına, həm də iş səmərəsinin artmasına səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/776966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR