Ankara və Vaşinqton Suriyanı müzakirə ediblər

Türkiyə prezidentinin mərbuat katibi İbrahim Kalın və Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında telefon danışığı olub.

Metbuat.az-ın Trend-ə isitnadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər.

İ.Kalın və C.Bolton həmçinin Suriyanın şimalında təhlükəsizlik zonasının, Suriya üzrə Türkiyə-ABŞ birgə əməliyyatlar mərkəzinin yaradılmasını və iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması ətrafında fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı Suriyanın şimalında təhlükəsizlik zonasının ən qısa müddətdə yaradılmasının vacibliyi vurğulanıb.

Bundan əlavə tərəflər sentyabrda ABŞ maliyyə naziri Uilbur Rossun rəhbərlik etdiyi nümayəndə heyətinin və Donald Trampın bu il Türkiyəyə planlaşdırılan səfərini müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR