Hindistanda musson qurbanlarının sayı 35-ə çatdı

Hindistanda musson qurbanlarının sayı 35-ə çatdı
08:18 10 Avqust 2019
26 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın Kerala ştatında musson qurbanlarının sayı 35 nəfərə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “India Today” jurnalı bildirib.

Daha əvvəl 17 nəfərin həlak olduğu, 22 min nəfərin təxliyyə edildiyi bildirilirdi.

Nəşrin məlumatına görə, həmçinin 27 nəfər zərər çəkib, 7-si itkin hesab edilir. Həmçinin, 40 nəfər böyük torpaq sürüşməsi nəticəsində yaranan dağıntıların altına düşə bilər.

Koçin beynəlxalq aeroportunun reysləri bazar günü yerli vaxtla saat 15.00-ə qədər təxirə salınıb, 19 ştatda güclü leysanlara görə qatar reysləri ləğv edilib.

İyunun sonunda Hindistanın cənub və qərb regionlarına musson yağışlarının düşməsi bir sıra yaşayış məntəqələrinin sular altında qalmasına gətirib çıxarıb. Mütəxəssislərin qiymətləndirmələrinə görə, indiki mussonlar Hindistan üçün son 10 il ərzində ən dağıdıcı təbiət hadisəsi hesab edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/287115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR