Yeni dərmanların testi üçün süni göz yaradılıb

Yeni dərmanların testi üçün süni göz yaradılıb
08:32 10 Avqust 2019
Ölkə mətbuatı
A- A+

ABŞ mühəndisləri əczaçılara buynuz qişasında qıcıq yaradan və görmə ilə bağlı problemlərə səbəb olan quru göz sindromu ilə mübarizədə daha effektiv metodlar hazırlamağa imkan verəcək unikal platforma hazırlayıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Pensilvaniya Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin tədqiqatçıları tərəfindən hazırlanan miniatür qurğu üçölçülü printer vasitəsilə yaradılan məsaməli karkas şəklindədir. "Çip üzərində göz" adlı sistem səthi daim süni gözyaşıları ilə nəm olan jelatindən düzəldilmiş qırpınan "göz qapağı" ilə təchiz edilib.

Məlumata görə, mexanizmin işə salınması insan gözünün buynuz qişasının nəmləndirilməsində bu və ya digər damcıların effektivliyini müəyyənləşdirməyə imkan verəcək. Prototipin üstünlüyü onun qiymətinin ucuz olması və sadə hazırlanmasındadır. Bu cihazın köməyi ilə tədqiqatçılar süni gözyaşı istehsalçılarını yeni preparatların hazırlanmasına stimullaşdırmağı planlaşdırırlar. Alimlərin sözlərinə görə, hazırda bazarda göz quruluğunun profilaktikası üçün sertifikatlaşdırılmış dərmanlarda çatışmazlıq müşahidə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/776771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR