Reyqanın müvəffəqiyyətsizliyi təkrarlanacaq - Ekspertdən "Şimal axını-2" XƏBƏRDARLIĞI

Reyqanın müvəffəqiyyətsizliyi təkrarlanacaq - Ekspertdən "Şimal axını-2" XƏBƏRDARLIĞI
08:38 10 Avqust 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

“Şimal axını-2” qaz kəmərinin tikintisinin qarşısını almaqla bağlı ABŞ-ın qətiyyətsiz cəhdləri 1980-ci illərin əvvəllərində ölkənin sabiq prezidenti Ronald Reyqanın oxşar cəhdlər üzrə müvəffəqiyyətsizliyini xatırladır.

Publika.az xəbər verir ki, bu haqda “Bloomberg” agentliyi Oksford Energetika Tədqiqatları İnstitutunun böyük elmi işçisi Conatan Sternə istinadən yazıb.

Qeyd edilir ki, ABŞ Konqresinin Senatı qaz kəmərinin tikintisinə qarşı sanksiyalar haqqında qanun layihəsinə hələ səs verməyib, halbuki, kəmər artıq demək olar ki, hazırdır və plana görə bu il tikilib qurtarmalıdır. Agentlik xatırladıb ki, Reyqanın dövründə Birləşmiş Ştatlar sovet qazının Avropaya ixracını məhdudlaşdırmağa çalışırdı, ancaq bu hərəkətlər müvəffəqiyyətlə nəticələnmədi.

“Onda müqavimət effektsiz oldu və düşünürəm ki, bu gün oxşar nəticəni gözləmək olar”, - Stern deyib.

Qeyd edək ki, "Şimal axını-2” Finlandiya, İsveç və Danimarkanın ərazisi və ya xüsusi iqtisadi zonaları vasitəsilə Rusiyadan Almaniyaya qədər Baltik dənizinin dibi ilə keçməlidir. Layihənin icrasının ilin sonunda başa çatdırılması planlaşdırılır.

ABŞ hesab edir ki, “Şimal axını-2” Avropanın Rusiyadan enerji asılılığını daha da artıracaq. Vaşinqtonda hesab edirlər ki, Moskva enerji ehtiyatlarından siyasi və iqtisadi təzyiq aləti kimi istifadə edir.

Avropada Almaniya, AvstriyaNorveç layihəni dəstəkləyirlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/287116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR