Şimali Koreya lideri Trampa məktub göndərib - Yenidən görüşəcəklər

Donald Tramp Şimali Koreya liderindən məktub aldığını deyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, "Ağ Ev"də mətbuat konfransı keçirən ABŞ prezidenti Donald Tramp bir çox önəmli açıqlamalar verib. O, Şimali Koreya lideri Kim Çen İndən yeni bir məktub aldığını da açıqlayıb.

Şimali Koreya liderinin göndərdiyi məktubu "çox müsbət" adlandıran Tramp deyib:

"Düşünürəm ki, yenidən bir görüş keçirəcəyik. 3 səhifəlik, başdan sona çox gözəl bir məktub göndərdi".

Qeyd edək ki, Yaponiyanın Osaka şəhərindən keçirilən "G-20" Liderlər Zirvəsindən sonra Donald Tramp və Kim Çen in Şimali və Cənubi Koreya arasında olan "silahsızlaşdırılmış bölgə"də görüş keçirmişdilər. Bu görüşlə Donald Tramp sərhəddin Şimali Koreya tərəfinə addım atan ilk ABŞ prezidenti olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR