Əbubəkr Bağdadi varisini elan etdi - o, türkdür - FOTO

Əbubəkr Bağdadi varisini elan etdi - o, türkdür - FOTO
10:52 10 Avqust 2019
119 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti"( İŞİD) terror təşkilatının lideri Əbubəkr Bağdadi varisinin adını açıqlayıb.

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Bağdadinin yaydığı "fətva"ya görə, İŞİD liderinin həlak olacağı və ya vəfat edəcəyi təqdirdə təşkilata Abdulla Qardaş rəhbərlik edəcək.

İraqın Mosul vilaəyətindəki Təlafar şəhərində doğulmuş Abdulla Qardaş türkməndir. Əvvəllər "Əl Qaida" terror təşkilatında olmuş Qardaş sonralar İŞİD lideri Ə.Bağdadinin müavini Əbu Əlaa əl Əfrinin adamı olub.

Əl Əfri 2016-cı ildə həlak olanda Abdulla Qardaş İŞİD liderinin "sağ əli"nə çevrilib.

İŞİD 2014-cü ildə İraqın Mosul şəhərini ələ keçirəndə Ə.Bağdadini təbrik edən ilk şəxs məhz A.Qardaş idi.

A.Qardaş həddən ziyadə sərt və avtoritar lider, ekstremist mövqeli insan kimi tanınır.

İŞİD-in digər rəhbərləri bəyanatdan narazıdır. Onlar A.Qardaşı döyüş meydanından qaçan adam sayırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR