İntiqam Əliyevin məhkəməsi başladı

İntiqam Əliyevin məhkəməsi başladı
11:24 16 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin rəhbəri, vəkil İntiqam Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin vəkili Cavad Cavadov yazılı vəsadətlə çıxış edib. Zərərçəkmişlər prosesə gəlmədiyi üçün məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təxirə salınıb




Qeyd edək ki, İ. Əliyev keçən il avqustun 8-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR