Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi

Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi
15:12 10 Avqust 2019
92 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev istintaq orqanları ilə əməkdaşlıq etməkdən imtina edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "İnterfaks" eks-prezidentin vəkili Sergey Slesaryevə istinadla məlumat yayıb. 

O bildirib ki, Atambayev hüquqlarının pozulduğunu bəyan edir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs öz rəsmi nümayəndəsindən savayı, heç kimlə ünsiyyətə girmək istəmir. 

Atambayev qeyri-qanuni hərəkətlərə görə istintaq komitəsinin üzvləri ilə belə danışmaq istəmədiyini deyib. 

O, öz hüquqlarının bərpasını, Konstitusiya və Cinayət Məcəlləsi kodekslərinə əməl edilməsini tələb edib. 

Xatırladaq ki, Almazbek Atambayev 2 gün əvvəl xüsusi xidmət orqanlarına təslim olub, onun avqustun 26-na kimi həbsdə qalacağı haqda qərar verilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR