Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəstəxanalıq oldu

Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəstəxanalıq oldu
15:37 10 Avqust 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhər saatlarında Zaqatalada baş vermiş zəlzələ ilə bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan ikisi - Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızı və Hüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə - şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.

Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/777270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR