Zaqatalada yenə zəlzələ oldu

Zaqatalada növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Metbuat.az-a bildirilib ki, təkanlar yerli vaxtla saat 14:00-da Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Qeyd edək ki, yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində 4.9 bal gücündə zəlzələ olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR