Bu qida zəkanı və yaddaşı gücləndirər, mədəni təmizləyər, gözü işıqlandırar

Bu qida zəkanı və yaddaşı gücləndirər, mədəni təmizləyər, gözü işıqlandırar
19:57 10 Avqust 2019
Ölkə mətbuatı
A- A+

İslamın nəzərinə görə, kündür dəyərli bir qidadır. Müxtəlif xüsusiyyətlərə malikdir. Bəzi hədislər deyir ki, kündürü peyğəmbərlər (ə) yeyərdilər. Onun tüstüsü kimi heç bir tüstü tez səmaya qalxmaz. Tüstüsü şeytanları (lən) qovar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Rza (ə) bu bitkinin faydaları haqqında buyurur: "Elə bir peyğəmbər (ə) məbus olmamışdır, məgər şərabın haram olması ilə bağlı söz desin. Onu ki, Allah hər nəyi istəyirsə edir və mirasında kündür mövcuddur".

İmam Rza (ə) sübh azanından günəş çıxana qədər səcdədə qalardı. Bu əməldən əvvəl misvak edər və kündür yeyərdi.

İmam Rza (ə) buyurur: "Hamilə qadınlarınıza kündür yedizdirin. Əgər bətnindəki oğlan övladı olarsa - pak qəlb, bilikli və igid halda dünyaya gələcəkdir. Əgər qız övladı olarsa - xoşəxlaq və gözəl olar. Əri yanında da xoşbəxt olar".

Həzrət İmam Rza (ə) buyurur: "Kündürü çox yeyin və onu ağzınızda saxlayın. Yaxşı çeynəyin. Kündür mədədə olan bəlğəmi yuyar və mədəni paklayar. Ağlı gücləndirər və yeməyi ləzzətli edər".

İmam Rza (ə)  buyurur ki, üç şey hafizəni gücləndirər ki, onlardan biri də kündürdür.

Həzrət Peyğəmbər (s) buyurur: "Kündürü çox yeyin. Çünki əl alında olan təri pakladığı kimi, kündür qəlb göynəməsini aradan aparar və beli möhkəm, ağlı güclü, zehni zəkalı edər və gözə cila verər. Unutqanlığı aradan aparar". (Tebyan)

İmam Əli (ə) buyurur: "Kündür çeynəmək dişləri möhkəmləndirər, bəlğəmi dəf edər və ağzın pis iyini aradan aparar".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR