Bakıda küçə ticarətinin qarşısı alınır

Paytaxtın Yasamal rayonunun ərazisində - metronun “Elmlər Akademiyası” və “İnşaatçılar” stansiyalarının giriş və çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçəboyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.

Metbuat.az xəbər verir ki, paytaxt sakinləri polisin ərazidə həyata keçirdiyi müvafiq tədbirlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin gördüyü profilaktik tədbirləri alqışlayırlar.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməli, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, elementar normalara əməl etməlidir. Satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR