Nardaranda DƏHŞƏT - 4 uşaq dənizdə batdı

Nardaranda DƏHŞƏT - 4 uşaq dənizdə batdı
20:53 10 Avqust 2019
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 4 uşaq dənizdə batıb.

Publika.az xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dənizdə 2007-ci il təvəllüdlü Cəfərova Mənsumə Əsəd qızının, 2008-ci il təvəllüdlü Cəfərov Əlirza Əsəd oğlunun, 2011-ci il təvəllüdlü Cəfərzadə Leyla Ramin qızının və 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının batması barədə məlumat daxil olub.

M.Cəfərovanın, Ə.Cəfərovun və L.Cəfərzadənin cəsədləri Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Z.Cəfərzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/287183.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR