Azərbaycan və Türkiyə növbəti hərbi təlimlərə başladı

Azərbaycan və Türkiyə növbəti hərbi təlimlərə başladı
11:14 12 May 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Təlimlərdə müdafiə naziri Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordusunun komandanı da iştirak edəcək

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin silahlı qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin 3-cü ordusunun komandanı, ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə keçiriləcək.

 

Təlimlər mayın 16-dək davam edəcək.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/202336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR