Əsgər övladlarının andiçmə mərasiminə gedən ata və ana Qaxda qəzaya düşərək ölüb

Əsgər övladlarının andiçmə mərasiminə gedən ata və ana Qaxda qəzaya düşərək ölüb
03:17 11 Avqust 2019
105 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında Qax rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib.
Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.

***23:55
Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Qax sakini olan bir ailənin 3 üzvü ölüb, 5 nəfər yaralanıb.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qaxda-agir-qeza-neticesinde-3-nefer-olub-3-u-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR