Bakıda işdən qovulan neftçi şirkətə qalib gəldi - MƏHKƏMƏ

Bakıda işdən qovulan neftçi şirkətə qalib gəldi - MƏHKƏMƏ
11:24 16 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı qanunsuz olaraq işdən azad olunan neftçinin məhkəmə yolu ilə işə bərpa olunduğunu açıqlayıb.


M.Qəhərmanlının Lent.az-a verdiyi məlumata görə, mülki iş üzrə iddiaçı Həsənov Məhəmməd Gülağa oğlunun “Binəqədi Oil Company” şirkətinə qarşı “Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə” iddiası Bakı şəhər Binəqədi rayon Məhkəməsində baxılıb və iddia təmin edilib. Lakin şirkət qərarla razılaşmayıb və apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Növbəti mərhələdə Ali Məhkəmədə işçinin lehinə qəbul edilmiş qərarı qüvvədə saxlayıb.

 

M.Qəhərəmanlı bildirib ki, Həsənov Məhəmməd Gülağa oğlunun hüquqlarını Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev müdafiə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR