Qaxda əsgər yanına gedən ata və ana qəzada öldülər - FOTO

Qaxda əsgər yanına gedən ata və ana qəzada öldülər - FOTO
09:37 11 Avqust 2019
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Qaxda ağır avtomobil qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Ford" və "VAZ 21099" toqquşması nəticəsində "VAZ 21099"un sürücüsü Ağayev Akif İsrafil oğlu, onun həyat yoldaşı Ağayeva Leyla və sürücünün bacısı oğlu Nəzərov Tural aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər.

Həmin maşında olan sürücünün qızı Ağayeva Asya xəstəxanaya çatdırılıb. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub.

Digər avtomobildə olan sərnişin Mirzəyeva Sevda da eyni diaqnozla xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, qəzada ölən ər və arvad Beyləqanda hərbi xidmətdə olan övladlarının andiçmə mərasiminə gedirlərmiş.

Faktla baglı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/777342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR