“Baku Network” Ekspert Şurasının direktoru Türkmənistanda Birinci Xəzər İqtisadi Forumunda iştirak edir - FOTO

“Baku Network” Ekspert Şurasının direktoru Türkmənistanda Birinci Xəzər İqtisadi Forumunda iştirak edir - FOTO
10:52 11 Avqust 2019
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Baku Network" Ekspert Şurasının direktoru, TREND BİA-nın baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərov Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumunda iştirak edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, forum 11-12 avqust tarixlərində keçirilir.

Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir.

Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/777355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR