Güclü külək nə vaxtadək davam edəcək? - NAZİRLİKDƏN AÇIQLAMA

Güclü külək nə vaxtadək davam edəcək? - NAZİRLİKDƏN AÇIQLAMA
12:38 11 Avqust 2019
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib. Dəniz stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5.8 metrə çatır.

Qeyd olunub ki, güclü külək axşam saatlarınadək davam edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/287203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR