"Maşın şou"da qalmaqal VİDEO FOTO

"Maşın şou"da qalmaqal VİDEO FOTO
11:26 12 May 2015
386 Şou
Ölkə mətbuatı
A- A+

başaladığı ilk gündən böüyük marağa səbəb olan və ANS-in efirində yayımlanan “Maşın” realiti şousunda ötən gün daha bir qalamaqal yaşandı. Müğənni Kərim oyunların ikinci günündə hisslərini cilovlaya bilməyərəq könüllü sürətdə oyunu tərk edib.

ANS PRESS-in məlumatına görə, Kərimin oyunu tərk etməsi şouda gərginliyi görünməmiş həddə çatdırıb. Aparıcı və layihənin rəhbəri Murad Dadaşov isə Kərimin getməyindən çox üzüldüyünü və onun maraqlı oyun aparan bir iştirakçı olduğunu vurğulayıb.

Kərim Abbasov oyundan elə-belə getməyib. Onun oyundan çıxmasının böyük bir səbəbi var idi. Buna səbəb aktirisa Mehriban Xanlarovanın Kərim tərəfindən oyundan uzaqlaşdırması söz-söhbətləri olub.

Xanım aktrisa isə bu sözlərə belə reaksiya verdi: “Mən Kərimə neyləmişəm ki, o məni oyundan uzaqlaşdırmaq istəyir. Kərim məni uzaqdan görəndə Can Mehriban deyən bir adamdır”.

Mehriban xanımım bu aqressiv danışıqları Kərimi özündən çıxararıb. O, aktrisa sakitləşsin deyərək əlini maşından götürüb. Kişi müğənnin bu hərəkətinə isə bütün iştirakçılar narazılığını bildirib. O gedərkən hamı ilə belə sağollaşdı: “Mən kişiyəm və mənim hülqumum var. Hamınızın qeyrətinə qurban olum”.

Vəziyyəti normallaşdırmaq üçün layihənin icraçısı Elşən Babayayev məsələyə müdaxilə etdi və Kərimi şoudan yola saldı.

Həmin anın maraqlı kadrlarını təqdim edirik:










Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=343908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR