Qırğızıstanda baş verən iğtişaşlarda 136 nəfər yaralanıb

Qırğızıstanda baş verən iğtişaşlarda 136 nəfər yaralanıb
19:32 11 Avqust 2019
73 Dünya
Ölkə mətbuatı
A- A+

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə əlaqədar baş verən iğtişaşlarda 136 nəfər yaralanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onların əksəriyyəti evə buraxılsa da, ciddi xəsarət alanların müalicəsi davam edir.

Çuy vilayətinin Daxili İşlər İdarəsinin rəisi Samat Kurmankulov hələ də komadadır.

Xatırladaq ki, Almazbek Atambayev avqustun 8-i axşam hökumət qüvvələrinə təslim olub və avqustun 26-dək Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılması ilə bağlı qərar qəbul edilib.

Almazbek Atambayev korrupsiya, "qanuni oğru" Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/777447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR