Balaxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb

Balaxanıda iki maşın toqquşub, bir nəfər yaralanıb
03:52 12 Avqust 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunun "Balaxanı işıqforu" adlanan ərazisində "Mercedes" və "VAZ-2107" markalı avtomobillər toqquşub.
“Report” xəbər verir ki, nəticədə "VAZ"ın 24 yaşlı sürücüsü Musayev Elşad Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ona alının kəsiyi və əziyi, sol dirsəyin əziyi diaqnozu qoyulub.
Faktla bağlı polisə məlumat verilib və araşdırma aparılır.
Ramin Şahbazov


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/balaxanida-iki-masin-toqqusub-bir-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR