Millimizin oyunçusu İspaniyada komandasını dəyişdi - FOTO

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov İspaniya çempionatının I Divizonunda çıxış edən “Alkorkon”dan ayrılıb.

Metbuat.az bildirir ki, hazırkı klubu ilə 2020-ci ilin iyulunadək sözləşməsi olan 27 yaşlı yarımmüdafiəçi eyni liqada yer alan “Albasete”yə transfer olunub. Onun transferi ilə bağlı klublar arasında razılıq əldə olunub.

İsrafilovun bu gün “Albasete”nin oyunçusu kimi ictimaiyyətə təqdim ediləcəyi bildirilir.

Qeyd edək ki, İsrafilov “Alkorkon”a ötən ilin yanvarında “Ximnastik”dən keçib. Lakin komandanın yeni baş məşqçisi Fren Fernandes yarımmüdafiəçinin xidmətində maraqlı olmadığı üçün onun adını Marbelyadakı təlim-məşq toplanışı üçün 23 nəfərlik heyətə daxil etməyib.

Milli üzvü daha əvvəl İspaniyanın digər təmsilçiləri - “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba”nın formasını geyinib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR