Dövlət Gömrük Komitəsinin sədri Neftçalada vətəndaşları qəbul edəcək

11:27 16 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 11:23 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Neftçalada qəbul keçirəcək.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq A. Əliyev yanvarın 23-də  saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr. 35) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

Qəbul zamanı bölgədə yerləşən rayonların - Neftçala, Salyan, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 22-si saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Biləsuvar Gömrük İdarəsi (əlaqə telefonu: (025) 295-34-69 ilə əlaqə  saxlayıbqəbula yazıla bilərlər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369297

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR