Qubada 110 kiloqram yararsız ət aşkarlandı

Qubada 110 kiloqram yararsız ət aşkarlandı
13:37 12 Avqust 2019
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 11-də DİN əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.

Şəhər sakini V.Manafovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 110 kiloqram iri buynuzlu mal əti aşkar edilərək götürülüb.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/777586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR