"Serial şəhəri"ndə atışma: dörd yaralı

"Serial şəhəri"ndə atışma: dörd yaralı
11:37 12 May 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Santa-Barbara şəhərində yerləşən Kaliforniya Universitetinin kampusu yaxınlığında baş verən atışma nəticəsində dörd nəfər yaralanıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, polis şübhəli şəxsin saxlanıldığını bildirib.

Polisin məlumatına görə, hadisə yerli vaxtla 19:30-da Ayla-Vista rayonunda baş verib. Bu barədə "Los Angeles Times" qəzeti xəbər verir.

Polis güman edir ki, xəsarət alanlardan biri atışmada şübhəli bilinən şəxslərdən biri ola bilər.

Polis əməkdaşları tələbələr və universitet heyətindən öz yerlərində qalmağı xahiş edib və ərazini nəzarət altına alıb. Cinayət yeri baxışdan keçirildikdən sonra nəzarət götürülüb.

Qeyd edək ki, təxminən bir il əvvəl rayonda oxşar hadisə baş vermişdi. Mayın 24-ü Ayla-Vista rayonunda naməlum şəxs BMW markalı avtomobildən atəş açmışdı. Altı nəfər həlak olmuş, daha yeddi nəfər yaralanmışdı. Daha sonra şübhəli bilinən şəxs - Hollivud rejissoru Piter Rocerin 22 yaşlı oğlu Elliot Rocer avtomobilində güllələnmiş halda tapılmışdı.

MilliAz


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/339873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR