Gürcüstanda tarixi qüllələrin bərpası tələbi ilə aksiya keçirilib

Gürcüstanda tarixi qüllələrin bərpası tələbi ilə aksiya keçirilib
16:07 12 Avqust 2019
47 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Svaneti yüksək dağlıq bölgəsində Uşquli svan icmasına məxsus qüllələrin bərpa olunması tələbi ilə aksiya keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli sakinlər qüllələrin böyük əksəriyyətinin qəzalı vəziyyətdə olduğunu bildiriblər.
Aksiyaçılar hökuməti tarixi abidələri tezliklə bərpa etməyə çağırıblar.
Qeyd edək ki, Uşquli icmasına məxsus qüllələrdən birinin yuxarı hissəsi ötən ayın sonunda uçub. Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyindən bildirilib ki, abidənin təcili bərpa olunması üçün elektron tender elan olunacaq və əsas işlər bu ilin sonuna qədər yekunlaşdırılacaq. Svaneti bölgəsində, ümumilikdə, 170 qüllə var. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-tarixi-qullelerin-berpasi-telebi-ile-aksiya-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR