Azərbaycanlı Rusiyanın Moskva vilayətinin fəxri sakini seçilib

Azərbaycanlı Rusiyanın Moskva vilayətinin fəxri sakini seçilib
17:37 12 Avqust 2019
49 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın əməkdar inşaatçısı, tanınmış sahibkar və ictimai xadim Əlizaman Rəhimov Moskva vilayətinin Domodedovo şəhərininin fəxri sakini seçilib. 
"Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə qərar avqustun 9-da Domodedovo şəhər dairəsinin Deputatlar Şurasının iclasında qəbul olunub.
“Domodedovo şəhər dairəsinin fəxri vətəndaşı” vəsiqəsi isə soydaşımıza avqustun 24-də təqdim olunacaq.
Qeyd edək ki, Ə.Rəhimov 1958-ci ildə Saatlı rayonunda anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun Biologiya fakültəsini və Moskva Kommunal Təsərrüfat və İnşaat İnstitutunun İqtisadiyyat və müəssisədə idarəetmə fakültəsini iqtisadçı-menecer ixtisası üzrə bitirib. O, iqtisad elmləri namizədi, fəlsəfə doktoru, Ümumdünya Kompleks Təhlükəsizlik Elmləri Akademiyasının müxbir üzvü, Təhlükəsizlik, Müdafiə və Asayiş Problemləri Akademiyasının müxbir üzvüdür. Hakim “Yedinaya Rossiya” Partiyasının siyahısı üzrə Domodedovo şəhər dairəsinin Deputatlar Şurasının deputatıdır. 
Xatırladaq ki, Ə.Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
İqbal Rüstəmov


Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/azerbaycanli-rusiyanin-moskva-vilayetinin-fexri-sakini-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR