Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb

Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb
18:42 12 Avqust 2019
44 Digər
Ölkə mətbuatı
A- A+

Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.
“Report “The Citizen”ə istinadən xəbər verir ki, bu barədə həkimlər məlumat yayıb.
Yerli xəstəxana "Muhimbili National Hospital"ın nümayəndəsi Aminiel Aliqeşa bildirib ki, hadisə zamanı xəsarət almış 39 nəfər xəstəxanada müalicə edilir. 
Qeyd edək ki, hadisə Moroqoro şəhərində baş verib. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin motosikletlə toqquşmasının qarşısını almaq istəyib. Nəticədə yanacaq daşıyan avtomobil aşıb.
Ölkə prezidenti Con Maqufuli hadisə ilə bağlı ölkədə 3 günlük matəm elan edib. 
Daha əvvəl bildirilirdi ki, Tanzaniyanın Moroqoro şəhərində yanacaq daşıyan tanker avtomobilinin partlaması nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tanzaniyada-avtomobilin-partlamasi-neticesinde-olenler-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR