Donald Trampla Boris Conson qlobal təhlükəsizliyi müzakirə ediblər

Donald Trampla Boris Conson qlobal təhlükəsizliyi müzakirə ediblər
21:07 12 Avqust 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampla Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.
"Report" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd edilir ki, dövlət rəsmiləri iki ölkə arasındakı ticarət əlaqələriniqlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ağ Evdən bildirilib ki, Tramp qlobal problemlərin həllində sabit əməkdaşlığa görə Britaniyaya minnətdarlığını ifadə edib.
O, həmçinin yaxın gələcəkdə hər iki liderin görüşünə müvəffəq olacağına ümidi etdiyini vurğulayıb.
Böyük Britaniyanın yeni baş naziri Boris Conson daha əvvəl bir zamanlar nəqliyyat nazirinin müavini işləmiş kiçik qardaşı Co Consonu Biznes, Energetika və Sənaye Strategiyası işləri üzrə nazir müavini təyin edib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-trampla-boris-conson-qlobal-tehlukesizliyi-muzakire-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR