Qaraciyəri məhv edən qidalar - SİYAHI

Qaraciyəri məhv edən qidalar - SİYAHI
21:32 12 Avqust 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Qaraciyər orqanizmdə minlərlə funksiyanı icra edir: orqanizmə daxil olan bütün məhsulları filtr edir, allergen və toksinləri ayırır, artıq hormon və vitaminləri çıxarır, həzm üçün vacib olan öd şirəsi sintez edir, beyni qlükoza ilə təmin edir və qan anbarı rolunu oynayır.

Əgər qaraciyər çatışmazlığı baş verərsə, xəstə ölür. 

Milli.Az medicina.az-a istinadən qaraciyəri zamanla məhv edən, çökdürən və təəssüf ki, bizim hamımızın gündəlik qəbul etdiyimiz qidaların siyahısını təqdim edir.

1.Bütün konserv məhsulları: ət, balıq, xiyar, tərəvəz və s. 

Bu məhsullar normadan artıq duzu qaraciyərə ötürür, onu yükləyir. Qaraciyərin hüceyrələrini deformasiya edir və öldürür. Nəticədə fibroz yaranır. 

2.Kolbasa, sosis, hisə verilmiş bütün məhsullar 

Tərkibində kimyəvi maddələr, yağ, piy çoxdur, qırmızı ətdən hazırlanır, duzludur və sənaye baxımdan işlənib. Saxlanma müddəti də çoxdur. Ümumiyyətlə, təbiət tərəfindən emal olunmayan bütün bu əlavə qidaları qaraciyər sevmir. 

3.Fruktoza

Bir çox insanlar şəkər, qənd qəbulunu azaldıb, mağazada ərzaqların üzərində şəkərsiz sözünü axtarır. Adətən belə məhsullara şəkər əvəzi şirinləşdirici sirop, şirə qatırlar ki, bunların da tərkibi früktozadan ibarətdir. Nəzarət olunmayacaq dərəcədə fruktoza qəbulu diabet, ürək-damar xəstəliyi, qaraciyərin piylənməsi - steatoza səbəb olur. 

Qaraciyər özü şəkər ehtiyatı yığır,  beynin enerji sintezi üçün sərf edir. Qaraciyərdə şəkər çox olanda, beyin özünə lazım olan miqdarı götürdükdən sonra, qaraciyər artıq qalanı nə edəcəyini bilmir və onu yağa çevirir. Ona görə alimlər bildirir ki, qidalanmada früktozanın çox olması qaraciyər üçün daha təhlükəlidir, nəinki qlükoza. Früktoza isə müxtəlif şirniyyatlarda, meyvə şirələrində, şirin içkilərdə, siroplarda, hazır səhər yeməkləri, quru meyvələr, şirin yoqurtda çoxdur.

4.Hazır souslar

Bütün növ satılan, fast food yerlərində yemək yanında verilən müxtəlif rəngli, dadlı souslar transyağ tərkibli olduğu üçün, qaraciyərdə piylənmə yaradır. 
Kartof fri, qıpqırmızı qızarmış pirojki, ponçik, kotlet, popkorn, pirojna və tortlar, vafli, marqarin istifadə olunmuş istənilən qidalardan uzaq durmalısız. Bunları ayda-ildə bir dəfə yeməklə heç nə olmaz, amma hər gün yemək gələcəyiniz üçün faciədir.

Siyahıda növbəti yerləri bu qidalar tutur: qırmızı yağlı ət, yağlı süd məhsulları, bütün spirtli içkilər, alkoqol, şirin desertlər, mayonez, saxlanma müddəti 3 aydan çox olan məhsullar, qaz və örtək piyi, donuz əti, acılı, ədviyyatlı qidalar, konservantlı, kimyəvi maddə qatqılı qidalar, marketlərdə satılan yarımfabrikatlar, hazır qidalar.

Xüsusən ad günü, toy, məclis süfrələri qaraciyəri sıradan çıxara bilir.
Ona görə siz qarışıq qidalandığınız günün səhərisi çox su içmək və acqalmaqla qaraciyəri yüngülləşdirə bilərsiz. 
Eləcə də yuxarıda adları çəkilən qidaları ayda bir iki dəfə dadmaq olar. 

Bu qidalar qaraciyərin piyli distrofiyasını yaradır, hüceyrələrini öldürür və bir daha yenilənməsinə imkan verir, sirroz və qaraciyər çatışmazlığına səbəb olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/777575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR