Fərarilik edən erməni hərbçilərinin sayını necə artıra bilərik? - ŞƏRH

Fərarilik edən erməni hərbçilərinin sayını necə artıra bilərik? - ŞƏRH
21:43 12 Avqust 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan hərbçisi Dağlıq Qarabağda ona qarşı edilən işgəncələrə dözməyərək ağ bayraq qaldıraraq təmas xəttinin Azərbaycan ordusunun nəzarətindəki hisssəsinə keçərək təslim olub. Belə hallar keçmiş illərdə də bir neçə dəfə olub. Ancaq bu hadisənin hazırki təsiri başqadır.

Publika.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu bildirib.

"Birincisi, bu fərarilik erməni ordusunda vəziyyətin əvvəlki kimi dözülməz həddə olduğunu göstərir. Erməni hərbçi işgəncəyə dözməkdənsə silahınıuzatdığı düşmənə təslim olmaya üstünlük verir. Zorla xidmət edənlərin sayı çoxdur.

İkincisi, səhv etmirəmsə, bu hadisə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən bu yana rəsmən qeydə alınan ilk fərarilik hadisəsidir. Erməni saytlarının tamamı içgəncə ilə əlaqəli hərbçilərinin fərarilik etdiyini təsdiq ediblər. Son hadisə Nikol Paşinyanın orduda keyfiyyət dəyişikliyinə səbəb ola bilməməsinin göstəricisidir və bunu özü də anlayır. Anlamasaydı Xankəndinə gəlmədən öncə “iflasa uğramışıq” ifadəsini işlətməzdi.

Üçüncüsü, son hadisə İrəvanda fəal olan “əsgər anaları” komitəsinə yeni mövzu verir. Bu komitəyə başqa mövzu da vermək olar: “Övladlarınızın ölməsini və işkəncə görməsini istəmirsinizsə Dağlıq Qarabağa göndərməyin!”, - politoloq qeyd edib.

Onun sözlərinə görə, Ermənistan öz hərbçisni geri qayıtmasını istəyə bilməyəcək:

"Çünki hərbçisi əsir götürülməyib, özü könüllü olaraq bizim tərəfə keçib. O bunu işgəncələrdən qorunmaq və Dağlıq Qarabağda xidmət keçməmək üçün edib. Bu həm Paşinyanın, həm də Ermənistan ordusunun nüfuzuna yaxşı zərbədir".

"Fikrimcə, ağıllı siyasət yürütsək erməni ordusunu tərk edib biz tərəfə şütüyənlərin sayını artıra da bilərik. İkinci Dünya müharibəsində qarşı tərəflər həm bir-birinə qarşı səsgücləndiricilərin imkanlarından istifadə edərək təslim olmağa və ölməməyə çağırır, həm də qarşı tərəfə onların dilində yazılı mətnlər yayırdılar. Erməni hərbçinin ağ bayraqla biz tərəfə keçidi və gördüyü işkəncələrin görüntüləri informasiya müharibəsində işimizə yaradı. Növbəti mərhələdə həmin hərbçinin işgəncə etiraflarını və Azərbaycan tərəfdə özünü daha güvənilir hiss etdiyi internetdən yayınlamaq lazımdır", - Elxan Şahinoğlu əlavə edib.

Qeyd edək ki, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. Müdafiə Nazirliyindənverilən məlumata görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/287315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR