Yaşıl soğanın dişlərə faydası - Ağrını kəsir

Yaşıl soğanın dişlərə faydası - Ağrını kəsir
23:47 12 Avqust 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər yaşıl soğanın insana olan faydasını üzə çıxarıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "VistaNews" məlumat yayıb. Məlumata əsasən, mütəxəssislər diş ağrısına qarşı yaşıl soğanın effektiv olduğunu bildiriblər. Eyni zamanda diş ağrısına qarşı mixək və sarımsaq da kömək edir.

Qeyd edilir ki, yaşıl soğanın tərkibində olan flavenoidlər iltihab əleyhinə və anti-bakteriya xüsusiyyətinə malikdir. Yaşıl soğandan bağayarpağı kimi istifadə etmək olar. Ağrıyan dişin üzərinə 5 dəqiqə qoymaq sonra isə ağzınızı duzlu su ilə qarqara edin.

Bundan başqa diş ağrısına qarşı sarımsaq da faydalıdır. Çünki sarımsağın tərkibində olan allitsin maddəsi anti-bakterial xüsusiyyətə malikdir. Həkimlər məsləhət görürlər ki, bir diş sarımsağı əzərək su ilə qarışdırıb ağrıyan dişə 2-3 dəqiqə qoymaq, sonra isə duzlu su ilə yumaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/769141.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR