Xəzəryanı dövlətlərin ticarət və iqtisadiyyat nazirlərinin görüşü keçirildi

Xəzəryanı dövlətlərin ticarət və iqtisadiyyat nazirlərinin görüşü keçirildi
23:48 12 Avqust 2019
50 Digər
Ölkə mətbuatı
A- A+

Türkmənistanda Birinci Xəzər İqtisadi forumu çərçivəsində Xəzəryanı dövlətlərin ticarət və iqtisadiyyat nazirlərinin ilk görüşü keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Xəzərin regionda və dünyadakı rolu ilə bağlı bir çox məsələlər müzakirə edilib. Nazirlər, həmçinin iqtisadiyyat, ticarət, investisiya, sənaye, xüsusi iqtisadiyyatların inkişafı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Müzakirə olunan əsas mövzuları arasında iqtisadiyyat və ticarət sahəsində təcrübə mübadiləsi, qanunvericilik standartları, statistik məlumatların öyrənilməsi, beş ölkənin ərazisində azad iqtisadi zonaların yaradılması və inkişafı məsələləri də yer alıb.

Görüşün sonunda tərəflər birgə bəyannamə imzalayıblar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/287324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR