Hərbi hissələrdə Qurban bayramı qeyd edilir - FOTO

Hərbi hissələrdə Qurban bayramı qeyd edilir - FOTO
01:38 13 Avqust 2019
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyinin tabeliyində olan birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində Qurban bayramı münasibətilə tədbirlər keçirilir.

Publika.az-a Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə prezidenti cənab İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri şəxsi heyətə çatdırılır.
Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilir, onlar üçün bayram süfrələri təşkil olunur və mədəni kütləvi proqramlar nümayiş etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/287318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR