Fikirləri səsləndirən cihaz hazırlanıb

Fikirləri səsləndirən cihaz hazırlanıb
07:52 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun əməkdaşı 24 yaşlı Arnav Kapurun yeni hazırlaması olan "AlterEgo" cihazı insanın daxili dialoqunu qeydə ala bilər. Sözügedən texnologiya beyin tərəfindən göndərilmiş neyro-əzələ siqnallarını aşkar edən datçiklər sistemindən ibarətdir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, istifadəçi səssiz şəkildə öz-özü ilə danışdıqda, yaxud düşünərkən qeydə alınmış siqnalları süni intellekt sözə çevirir. İstifadəçi qulaqlıq vasitəsilə süni intellektin cavablarını eşidir. Beləliklə, istənilən insan səssiz şəkildə siqnalları "ağıllı" qurğulara ötürə və ya digər komandalar verə bilər.
 
"Nitq qüsurlu bir çox insan başqa insanlarla ünsiyyət saxlamaq imkanından məhrumdur - Massaçusets Texnologiya İnstitutunun texniki elmlər namizədi Kapur bildirib. "AlterEgo" cihazı həmin insanların danışmaq qabiliyyətini bərpa edə bilər".
 
Tədqiqat məlumatına görə, sözügedən sistemin dəqiqliyi təxminən 92% təşkil edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777381.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR