Yeni qatarlar alınacaq

Yeni qatarlar alınacaq
11:51 12 May 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

“Xəzər dənizinin sahilində yeni Beynəlxalq Dəniz Limanı tikintisi davam etdirilir. Ötən ilin sonunda limanın bərə tikintisi istifadəyə verilib".

ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, bu liman logistik mərkəzə çevriləcək və yüklərin axını üçün münbit şərait yaradılması üçün bütün tədbirlər həyata keçiriləcək.

Bununla yanaşı, nazir müavini əlavə edib ki, Azərbaycan Dəmir Yollarının yenidən qurulması üçün də müvafiq addımlar atılır.

“Bu işdə addımlar artıq sürətlə atılır. Yol infrastrukturunun yenilənməsi və enerji təminatının təmin edilməsi, yeni yük vaqonların və qatarların alınması planlaşdırılır ki, bu da ticarət əlaqələrinin genişlənməsi üçün böyük imkanlar yaradacaq”.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=343913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR