Ronaldo: "Zidan məni özümü xüsusi hiss etməyə məcbur etdi"

Ronaldo: "Zidan məni özümü xüsusi hiss etməyə məcbur etdi"
11:17 13 Avqust 2019
84 İdman
Ölkə mətbuatı
A- A+

Juventus-un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Madridin Real klubunun baş məşqçisi Zinəddin Zidanın işindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Zidanın pərəstişkarı olduğunu gizlətməyib:

"Oyunçunun ehtiyac duyduğu əminlik, yalnız onun özündən yox, həm də onun mühitindən, başqa futbolçulardan və məşqçidən asılıdır. Siz hiss etməlisiniz ki, komandanın mühüm hissəsisiniz və Zidan məni özümü xüsusi hiss etməyə məcbur etdi. Bu mənə çox kömək etdi. Zidan artıq hörmət etdiyim insan idi və  o, məşqçim olanda, mən Zidanı daha yaxşı tanıdım və onun böyük pərəstişkarı oldum. Onun necə danışmasına, komandaya rəhbərlik etməsinə pərəstiş etdim. O, kimin vəziyyəti dəyişdirməyə qadir olduğunu bilir və həmişə haqlı çıxırdı. Buna görə bizim dostluğumuz həmişə ürəyimdə olacaq".

Ronaldo Real-da Zidanın rəhbərliyi altında oynayıb. Portuqaliyalı futbolçu ispan komandasında 2009-cu ildən 2018-ci ilə qədər çıxış edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/777781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR