Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısına bu azərbaycanlı da düşdü

Tanınmış dinşünas, islamşünas və filosof, “Quran”ı rus dilinə tərcümə edən azərbaycanlı Elmir Quliyev Rusiyanın ən nüfuzlu 100 müsəlmanı siyahısına daxil olub.

Metbuat.az bildirir ki, siyahını Rusiyanın "Business Online" qəzeti tərtib edib. Qeyd edilir ki, siyahıya düşənlər hakimiyyət, biznes, idman və mədəniyyətdə önəmli yerlər tutur, İslam xeyriyyəçiliyi ilə fəal məşğul olurlar.

Siyahını hazırlamaq üçün islamşünas, alim, məmur və digər ekspertlərin fikri öyrənilib. Namizədlər Rusiyanın dini, siyasi, iqtisadi və ictimai həyatına təsir imkanları üzrə qiymətləndirilib.(oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR