Tonoyan təşvişdə: Erməni hərbçinin təslim olması...

Tonoyan təşvişdə: Erməni hərbçinin təslim olması...
16:23 13 Avqust 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla sərhədi keçən erməni hərbçi, böyük ehtimalla, azıb.

Axar.az xəbər verir ki, bunu Ermənistan Müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib. O, hazırda məsələ ilə bağlı istintaq aparıldığını bildirib.

Tonoyan hərbçinin xidmət etdiyi hərbi hissədə təzyiqlərə məruz qalmasıyla bağlı Azərbaycanın açıqladığı məlumatın "yalan olduğunu" iddia edib. Əsgərin psixoloji vəziyyətindən söhbət açan Tonoyan hələlik bunun müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin saxlanılması barədə məlumat yayıb. Nazirlik Kazaryanın hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət ucbatından qaçdığını etiraf etdiyini bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/287376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR