x
Loading...

"Arzuların ardınca" filmi

"Arzuların ardınca" filmi
11:08 12 May 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 may /Trend/

Melodrama janrında lentə alınan "Arzuların ardınca" filmi baş qəhrəman Kamilin həyatının son aylarından bəhs edir. Ömür boyu tənha yaşayan və həyatda sevginin nə olduğunu bilməyən Kamil üçün yeganə məşğuliyyət onun işidir.

Xəstəxanada qoyulan xərçəng diaqnozu ilə hər şeyin bitdiyini zənn edən Kamilin ağlına belə gəlməzdi ki, onun yaşayacağı son aylar, artıq yaşadığı 30 ildən qiymətli olacaq. Xəstəxanada Arzu ilə tanış olan Kamil bu günə kimi sevgiyə bənzətdiyi bütün hisslərinin yalan olduğunu anlayır. İlk görüşdən Kamil başa düşür ki, Arzu onun ağacındakı son yarpağıdır. Amma onları birləşdirən tək hisslər deyil. Həm Kamilin, həm də Arzunun həyatda çoxlu arzuları var. Onlar xəstəliyi unudub sadəcə yaşamağa, hiss etməyə, xoşbəxt olmağa çalışırlar. Arzu Kamilin itirdiyi keçmişi tapır. Kamil isə ona arzuladığı gələcəyi göstərir. İndi onların ortaq bir arzusu var, xərçəngdən daha böyük...

“Romantik” mağazalar şəbəkəsinə təşəkkürümüzü bildiririk.
Rəsmi informasiya dəstəkçisi: Publika.az, Day.az, Milli.az, Trend.az, Friday.az və “
İntibah” jurnalı.

Trend xəbər verir ki, ekran əsəri mayın 14-dən etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək. Media nümayəndələri filmlə bağlı daha ətraflı məlumatı rəsmi Facebook səhifəmizdən öyrənə bilərlər.

***

Quruluşçu Rejissor - Ramil Ağasiyev
Rollada - Ziya Ağa, Zarina Qurbanova, Vaqif Əsədov, Rasim Cəfər, Aynur Hüseyn, Flora Hüseynova
Ssenari - Mehman Rəsulov
Operator - Şahmar Səfəroğlu
Quruluşçu rəssam - Elgün Vəliyev
Qrim - Natalya Oleqovna
Prodüserlər - Asif Rəhimov, Rauf Ağasıyev
Səs rejissoru - Fuad Allahverdiyev
Rəng korreksiyası - Nicat Zeynallı
Montaj - Nicat Qaibov

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2393650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR