Ətir vurmağın ədəbi

Ətir vurmağın ədəbi
20:47 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbər (s) hamımız üçün bir örnək və nümunədir. Həzrətin ən gözəl adətlərindən biri həmişə ətirli olması idi. (Tebyan)

İmam Kazım (ə) buyurur: "Yaxşı olar ki, kişi hər gün xoş iydən istifadə etsin".

Həzrət Peyğəmbər (s) buyurur: "Dostum Cəbrayil (ə) mənə demişdir: "Hər gün özünü ətirlə və bu işi cümə günləri tərk etmə".

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ey Əli, hər cümə özünü ətirli et. Çünki bu əməl - mənim sünnətimdəndir. O zamana qədər ki, onun iyi qalar, sənə həsənə yazılar".

Osman ibni Məzun Peyğəmbərə (s) deyir: İstəyirəm ki, ətir vurmağı kənara qoyam. Həzrət Peyğəmbər (s) buyurdu: "Ətiri kənara qoyma, çünki mələklər möminin xoş iyini iyləyərlər. Ən azı cümə günü xoş ətirdən istifadə et".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Peyğəmbərin (s) qalaydan müşkdanı var idi ki, hər dəfə dəstəmaz alandan sonra onu əlinə götürüb, özünü xoş ətirli edərdi". Belə ki, Həzrət (s) mənəvi təharətlə yanaşı, zahiri təharətinə də diqqət edərdi.

İmam Sadiq (ə) buyurur: "Ətir vurulmuş halda qılınan iki rükət namaz, ətir vurulmayan halda qılınan 70 rükət namazdan daha üstündür".

İmam Sadiq (ə) hər dəfə dəstəmaz alandan sonra özünə ətir vurar və buyurardı: "Hər kim oruc halında gününün əvvəlini ətirlə xoş ətirli edərsə, heç bir zaman ağlını əldən verməz". Yəni, aclıq və susuzluqdan meydana gələn pis xasiyyət xoş ətirlə aradan gedər.

İmam Sadiq (ə) buyurur: "Hər kim Ramazan ayının ilk günündə bir ovuc gülabı üzünə vurarsa, həmin günü xarlıqdan və pərişanlıqdan amanda olar. Hər kim bir ovuc gülabı başına sürtərsə, həmin il sayıqlama xəstəliyindən amanda olar".

İmam Sadiq (ə) növruzla bağlı Məala ibni Xənisə əməllər öyrədir və buyurur: "Növruz günü olan zaman qüsl et və özünü tamamilə xoş ətirli et".

Həzrət Peyğəmbər (s) səfərə gedən zaman özü ilə 6 şey götürərdi: ətir şüşəsi, ayna, daraq, misvak, sürmədan, qayçı.

Ətirdən necə istifadə edək?

Ətirdən əlin içində, qulaqların arxasında, qolun altında, ayaqların və qolun qatlanan yerində istifadə olunur. Çünki bu zaman qan sürətlə cərəyan edər və dəri isinər.

Hədislərə nəzər salaq:

1. Bığ və saqqal. İmam Əli (ə) buyurur: "Ətiri saqqala vurmaq peyğəmbərlərin (ə) əxlaqından və kərami-katibinə ehtiramdandır".

2. Boyun. Həsən ibni Cəhm nəql edir: "İmam Rzanın (ə) xidmətinə getmişdim. Mənim yanıma bir qab gətirdi ki, orada müşk var idi. Mənə xitab edib buyurdu: "Bu müşkdən götür və özünə sürt". Bir qədər götürüb özümə sürtdüm. Buyurdu: "Bir qədər götür və boyununa da sürt".

3. Saqqal. Peyğəmbər (s) ətirdən çox istifadə edərdi və onun təsiri mübarək saqqalında və başında olardı.

4. Səcdə yerləri. İmam Rza (ə) buyurur: "İmam Sadiqin (ə) səcdə yerləri ətirin iyindən tanınardı".

5. Namaz yeri. Aişə deyir: "Peyğəmbər (s) bizə əmr etmişdi ki, evdə namaz yeri düzəldək və onu pakizə və xoş ətirli edək".

Həzrət Peyğəmbər (s) nə zaman küçədən keçərdi, ondan sonra xoş ətiri uzun zaman qalardı. Həzrət (s) müşkü o qədər vurardı ki, bəzən mübarək saçları parıldayardı. Həzrət (s) ərzaqdan əvvəl pulunu ətirə verərdi. Hamı Həzrətin (s) vurduğu ətiri bilirdi və ona görə də onun olduğu yerə daxil olmamışdan əvvəl ətrini hiss edərdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR