Powerbankınız yenə xarab oldu? – 10 qızıl qaydanı bilməlisiniz

Powerbankınız yenə xarab oldu? – 10 qızıl qaydanı bilməlisiniz
22:17 13 Avqust 2019
Ölkə mətbuatı
A- A+

Enerjiyə ehtiyac olan həyatımızda hər zaman təravətli qalmağa çalışırıq. İşləyirik, yoruluruq, telefonlarımız da eynən bizim kimi enerjiyə möhtacdırlar, axı "mal yiyəsinə oxşayar". Powerbanklar telefonlarımızın, bəlkə də, əvəzedilməz dostu sayılır. Dostları da, bildiyimiz kimi, bir çox sınaqlardan keçirərək seçmək lazımdır.

Milli.Az ted.az-a istinadən məhz bu sınaq qaydalarını sizə təqdim edirik:

1. Güvəndiyiniz bir istehsalçının powerbankını seçin. Şirkət və onun məhsulları haqqında rəyləri oxumaq məsləhət görülür.

2. Powerbankı təyinatlı şəkildə istifadə edin. Batareyanın tutumundan asılı olaraq smartfon, planşet və ya noutbuku doldurmaq məsləhətdir.

3. Powerbankı sərin yerdə saxlayın. Elektrik cihazları üçün yüksək temperatur arzuolunmazdır.

4. Powerbankı quru yerdə saxlayın. Elektron cihazlar nəmliklə "dost" olmur.

5. Powerbankın müntəzəm istifadəsi uzunömürlülüyünün qarantıdır. Сihazı vaxtaşırı doldurun və boşaldın.

6. Powerbankınızı düzgün saxlayın. Müasir batareyaların müəyyən olunan vaxtdan çox enerji yuvasına qoşulu qalması onları "yaşlandırır". Cihazın daha uzun yaşaması üçün onu tam dolmadan elektrik yuvasından ayırmaq lazımdır.

7. Powerbankları qoruyun. Bu cihazlar olduqca güclü görünsələr də, onlara da smartfonunza olduğu kimi diqqətlə yanaşmaq lazımdır.

8. Powerbankı "qurdalamayın". Hər şeyin istehsalçının nəzərdə tutduğu formada qalması daha yaxşıdır.

9. Cihazın içində olan elektrolit sızmasından çəkinin. Bu maddə insanlar üçün təhlükəlidir.

10. Səfərə çıxmadan da unutmayın ki, litium-ionlı cihazların yük yerində olması qadağandır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/777397.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR