“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” Bakıda APOEL-i qəbul edib. Görüş Kipr təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "Qarabağ" klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.

UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək.

Qeyd edək ki, Kiprdə keçirilən ilk görüşdə Ağdam klubu 2:1 hesabı ilə qalib gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR