Sabiq prezident ömürlük həbs cəzasına məhkum edilə bilər

Sabiq prezident ömürlük həbs cəzasına məhkum edilə bilər
04:28 14 Avqust 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev ağır cinayətlərdə günahlandırılaraq adam öldürmə maddəsi ilə təqsirli bilinir. Bunun üçün o, ömürlük həbs cəzasına məhkum edilə bilər.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin baş prokurorluğunun idarə rəisi Zamir Beyşekeev məlumat verib.

Onun sözlərinə görə, sabiq prezident son hadisələrlə bağlı kütləvi iğtişaşlar törətmək və hökumət qüvvələrinə güc tətbiq etmə maddələri ilə günahlandırılır.

Son ixtişaşlardan əvvəl Almazbek Atambayev korrupsiya və “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahəsini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunurdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/287402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR