Triatlon üzrə yığma komandamızın üzvü Rostislav Pevstov Dünya Kubokunun gümüş mükafatını qazanıb

Triatlon üzrə yığma komandamızın üzvü Rostislav Pevstov Dünya Kubokunun gümüş mükafatını qazanıb
12:13 12 May 2015
41 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Azərbaycanın Triatlon üzrə yığma komandasının üzvü Rostislav Pevstov Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunun gümüş mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, R.Pevstov, həmçinin Olimpiya Oyunlarina lisenziya almaq ucun öz aktivinə reytinq balları da yazdırıb.
Xatırladaq ki, bu idmançımızın ilk uğuru deyil. O, ötən il Meksikada keçirilən Panamerika Kubokunun gümüş mükafatını əldə etmiş, Çində keçirilən Asiya Kuboku və Macarıstanda keçirilən Dünya Kuboku yarışlarında ikinci yeri tutmuşdu. Çarı mövsümdə isə Misirin Hurqada şəhərində keçirilən Açıq Afrika Kubokunun baş mükafatını qazanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Triatlon_uzre_yigma_komandamizin_uzvu_Rostislav_Pevstov_Dunya_Kubokunun_gumus_mukafatini_qazanib-854202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR