ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir

ABŞ müttəfiqləri ilə Asiyada yeni raketlərin yerləşdirilməsini müzakirə edir
08:27 14 Avqust 2019
30 Digər
Ölkə mətbuatı
A- A+

“Rəsmi Vaşinqton müttəfiqləri ilə Asiya-Sakit Okean bölgəsinə yeni raketlərin yerləşdirilməsi imkanlarını müzakirə edir”.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə köməkçisi Andrea Tompson bəyan edib.
Onun sözlərinə görə, orta mənzilli raketlərin yerləşdirilməsi barədə qərar bölgə ölkələrinin liderləri tərəfindən veriləcək, çünki bu qərar dövlət başçılarının suveren hüququdur.
“Bu bölgə ilə bağlı hər hansı bir qərar müttəfiqlərimizlə məsləhətləşmələr çərçivəsində veriləcək. Bu, ABŞ-ın birtərəfli qərarı deyil” deyə, o bildirib. 


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-muttefiqleri-ile-asiyada-yeni-raketlerin-yerlesdirilmesini-muzaki

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR