Türkiyə hərbi texnikanın növbəti partiyasını sərhədə göndərdi

Türkiyə hərbi texnikanın növbəti partiyasını sərhədə göndərdi
09:03 14 Avqust 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Türkiyə hərbi səlahiyyətlilərinin Birgə Əməliyyat Mərkəzinin yaradılması üzrə iş apardığı Türkiyənin Şanlıurfa vilayətinin Akçakale mahalına hərbi texnikanın göndərilməsi davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərbi texnikanın növbəti partiyası ötən gecə saatlarında təhlükəsizlik tədbirləri ilə Suriya sərhədində yerləşən Akcakaleyə göndərilib.

Xatırladaq ki, avqustun 7-də Türkiyə və ABŞ Suriyanın şimalında planlaşdırılmış təhlükəsizlik zonasında əməliyyatların koordinasiya və onlara nəzarət edilməsi məqsədilə Birgə Əməliyyat Mərkəzi yaratmaq haqda razılıq əldə edib.

Ankarada üç gün sürən danışıqlardan sonra iki ölkə Suriyanın şimalında Türkiyə ilə sərhəddə təhlükəsizlik zonasının “sülh dəhlizi” olacağını və müharibə nəticəsində məcburi köçkün olmuş suriyalıların vətənlərinə qayıtması üçün bütün səylərin göstəriləcəyini açıqlayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/287411.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR